Rusiya neftinin “Drujba” kəməri ilə Macarıstana nəqlinə başlanılıb - YENİLƏNİB

Tarix: 22 Apr 2026 16:36

Rusiya neftinin “Drujba” kəməri ilə Macarıstana nəqlinə başlanılıb.

APA xəbər verir ki, bu barədə Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanos Boka “Facebook”da bildirib.

Nazirin sözlərinə görə, bu gün “Drujba” kəməri ilə Belarus istiqamətindən Ukraynadan keçməklə neftin nəqli bərpa olunub.

O qeyd edib ki, hesablamalara əsasən, Rusiya neftinin ən geci sabah səhər saatlarına qədər ölkəyə daxil olacağı gözlənilir.

***

11:53

“Ukrtransnafta” şirkəti təmir edilmiş “Drujba” neft kəməri vasitəsilə Macarıstan və Slovakiya istiqamətində neft nəqlini bərpa etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Macarıstanın "MOL Group" şirkəti məlumat yayıb.

Məlumata görə, Ukraynanın “Drujba” kəmərinin istismarına cavabdeh olan “Ukrtransnafta” bu barədə "MOL Group" şirkətinə rəsmi məlumat verib. Bildirilib ki, kəmərdə aparılan təmir işləri tam başa çatdırılıb.

Şirkətin açıqlamasında vurğulanıb ki, artıq xam neftin Macarıstan və Slovakiyaya tranzitinin yenidən başlanması üçün bütün texniki imkanlar mövcuddur.

İlqar Xudiyev Drujba neft kəməri Macarıstan Slovakiya neft nəqli

Xəbər Lenti