Çərşənbə, 22 Aprel, 2026
Tarix: 22 Apr 2026 16:06
Livan rəsmiləri sabah Vaşinqtonda İsrail nümayəndələri ilə keçiriləcək görüşdə atəşkəsin bir ay müddətinə uzadılmasına çalışacaq.
Bu barədə AFP Livan rəsmisinə istinadən məlumat yayıb.
Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən LIivanlı rəsmi bildirib ki, Beyrut yalnız atəşkəsin uzadılmasını deyil, həm də İsrailin nəzarətində olan ərazilərdə bombardman və dağıntıların dayandırılmasını, eləcə də razılaşmaya tam əməl olunmasına dair öhdəlik istəyəcək.
Qeyd edək ki, ötən həftə qüvvəyə minən atəşkəs rejiminin müddəti bazar günü başa çatır.
İlqar Xudiyev İsrail-Livan danışıqları atəşkəs ABŞ