Makron Livanda daha bir fransız hərbçisinin öldüyünü açıqlayıb

Tarix: 22 Apr 2026 18:31

Livanda “Hizbullah”ın hücumu nəticəsində daha bir fransız hərbçisi ölüb.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” hesabında yazıb.

Həmin hərbçi bir neçə gün əvvəl Livanda sülhməramlı kontingentdə xidmət edərkən “Hizbullah”ın hücumu zamanı ağır yaralanıb və o, Fransaya aparılıb.

Emmanuel Makron onun bu gün öldüyünü elan edib.

Qeyd edək ki, “Hizbullah”ın hücumu zamanı başqa bir fransız hərbçisi yerindəcə ölüb.

İlqar Xudiyev Fransa sülhməramlısı Livan Hizbullah

Xəbər Lenti