Prezidentin sosial şəbəkə hesablarında Latviya liderinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

Tarix: 22 Apr 2026 19:45

"Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz".

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin "X" hesabında edilən paylaşımda əksini tapıb.

"Doqquz il əvvəl imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb. Bildirilib ki, Latviyanın prezidentinin bu vəzifədə Azərbaycana ilk rəsmi səfəri dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanların yaranmasına töhfə verəcək", - paylaşımda qeyd olunub.

https://twitter.com/presidentaz/status/2046976133619663111

Prezident İlham Əliyev Latviya Edqars Rinkeviçs

Xəbər Lenti