Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 22 Apr 2026 22:52
ABŞ ordusu Hörmüz boğazındakı minaların tamamilə təmizlənməsinin altı aya qədər vaxt apara biləcəyini təxmin edir.
Bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu qiymətləndirmə Pentaqonun yüksək vəzifəli rəsmisi tərəfindən Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin mətbuata qapalı brifinqi zamanı edilib.
Brifinqdə boğazın sularını təmizləmək üçün hər hansı bir əməliyyata, hərbi əməliyyatlar bitənə qədər başlamaq mümkün olmayacağı da vurğulanıb.
Qəzet münaqişənin mənfi nəticələrinin 2026-cı ilin sonuna qədər qlobal iqtisadiyyata təsir göstərməyə davam edəcəyini ehtimal edir.
Pentaqon Hörmüz