Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 00:37
İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın Livanın cənubundakı hərbi obyektinə və oradan çıxan bir nəqliyyat vasitəsinə zərbə endirib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Hərbçilər Livanın cənubunda “Hizbullah”ın istifadə etdiyi hərbi obyektdən çıxan iki nəqliyyat vasitəsi aşkar etdilər. Nəqliyyat vasitələrindəki terrorçular cəbhə xəttini keçərək qoşunlara yaxınlaşıb onların təhlükəsizliyinə birbaşa təhlükə yaratdılar. Bu şəxslərin atəşkəsi pozduğu və dərhal təhlükə yaratdığı müəyyən edildikdən sonra İsrail Hərbi Hava Qüvvələri nəqliyyat vasitələrindən birini və onların çıxdığı obyekti vurdu", - məlumatda deyilir.
İsrail Livan Hizbullah