Yaponiyada atletika çempionatı zamanı 28 nəfər qidadan zəhərlənib

Yaponiyada atletika çempionatı zamanı 28 nəfər qidadan zəhərlənib

Tarix: 12 Sep 2026 22:17

Yaponiyanın Kioto şəhərində keçirilən yerli atletika çempionatı zamanı azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Xəstəxanaya yerləşdirilənlərin hamısının yarışın təşkilində iştirak edən şəxslər və texniki heyətin üzvləri olduğu bildirilir.

İlkin məlumata görə, onların nahar qutularında təqdim olunan yeməklərdən zəhərləndikləri ehtimal olunur.

Hadisənin idmançılar və tamaşaçılar arasında kütləvi zəhərlənməyə səbəb olmadığı vurğulanıb.

Yaponiya Kioto qida zəhərlənməsi atletika

Mənbə: apa.az

Xəbər Lenti