Şənbə, 12 Sentyabr, 2026
Tarix: 12 Sep 2026 21:56
İran Hörmüz boğazının açılması üçün irəli sürdüyü yeddi şərti vasitəçilər vasitəsilə ABŞ tərəfinə çatdırıb.
Bu barədə “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib.
“İran Hörmüz boğazının açılması üçün yeddi şərti vasitəçilər vasitəsilə ABŞ tərəfinə çatdırıb. İran İslam Respublikasının ali hakimiyyət orqanları tərəfindən təsdiqlənən bu yeddi şərt yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq. Beləliklə, İran və Oman arasında əldə olunan razılaşma Hörmüz boğazının açılması demək deyil”, – mənbə bildirib.
Onun sözlərinə görə, boğazın açılması tamamilə Vaşinqtonun atacağı addımlardan və İranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsindən asılıdır.
İran ABŞ Hörmüz boğazı Tasnim
Mənbə: apa.az