Şənbə, 12 Sentyabr, 2026
Tarix: 12 Sep 2026 20:54
Yəmən hökumət qüvvələri ölkənin qərbində yerləşən Moha şəhəri ətrafında “Ənsar Allah” hərəkatının (husilər) hərbi texnikasını və silahlarını məhv etdiklərini, döyüşçülərin cəmləşdiyi mövqelərə zərbələr endirdiklərini bildiriblər.
Bu barədə Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi Məcid ən-Nəzili SABA agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hökumət qüvvələri Moha limanı yaxınlığında husilərin böyük qüvvələrinin cəmləşdiyi mövqelərə zərbələr endirib, hərbi texnika və silahları məhv edib.
Ən-Nəzili Moha-Zubab avtomobil yolu boyunca “Ənsar Allah” hərəkatının bir sıra döyüşçülərinin də öldürüldüyünü bildirib.
Bundan əlavə, Yəmən aviasiyası Taiz şəhərinin şimalında silah, sursat, raket və digər hərbi avadanlıq daşıyan onlarla yük avtomobilinə zərbələr endirib. Hərbi mənbələrin məlumatına görə, karvan Mohadan Sənaya doğru hərəkət edirmiş.
Husilər Yəmən hökumət qüvvələrinin açıqlamasına hələlik münasibət bildirməyiblər.
Yəmən Moha husilər Taiz
Mənbə: apa.az