Yunanıstana bütün “Mirage 2000” qırıcılarını Ukraynaya təhvil verəcək

Tarix: 23 Apr 2026 02:15

Fransa Yunanıstanla mübadilə proqramı çərçivəsində Ukraynaya əlavə “Dassault Mirage 2000” qırıcılarının təhvil verilməsini nəzərdən keçirir.

APA xəbər verir ki, müqavilə, ehtiyat hissələri ilə yanaşı, 24 “Mirage 2000-5” və 19 istismardan çıxarılmış Mirage 2000 EGM/BGM daxil olmaqla 43 təyyarənin təhvil verilməsini nəzərdə tutur.

Bunun müqabilində Fransa Yunanıstana eyni sayda “Rafale” qırıcılarını aşağı qiymətə təklif edir.

Hər iki ölkənin nümayəndələrinin danışıqlar zamanı müqavilənin konkret şərtlərini və təyyarənin dəqiq qiymətini müzakirəsi gözlənilir.

Xəbər Lenti