Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 03:06
ABŞ ordusunun Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan vəzifəsindən istefa verib.
APA xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə köməkçi katibi Şon Parnell məlumat verib.
"Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan administrasiyadakı vəzifəsindən gedir", - Parnell bildirib.
O, istefanın səbəbi barədə heç bir açıqlama verməyib.
Felanın vəzifəsini müvəqqəti olaraq onun birinci müavini Hanq Kao icra edəcək.
ABŞ Hərbi Dəniz Qüvvələri