İtaliya Hörmüz boğazında mina təmizləmə missiyası üçün dörd gəmi göndərə bilər

Tarix: 23 Apr 2026 04:17

İtaliya Hörmüz boğazına mümkün mina təmizləmə missiyası üçün dörd gəmi hazırlayıb.

APA xəbər verir ki, bu barədə İtaliya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, admiral Cüzeppe Berutti Berqotto məlumat verib.

"Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən ehtiyat tədbiri olaraq təklif edilən planda iki minaaxtaran, müşayiət bölmələri və logistika dəstəyindən ibarət bir qrupun yaradılması nəzərdə tutulur ki, bu da bizə yerləşdirmə müddətini uzatmağa imkan verəcək. Missiyada cəmi dörd gəmi iştirak edəcək", - o bildirib.

İtaliya Hörmüz

Xəbər Lenti