Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 07:28
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İtaliya hərbi sahələrdə koordinasiyanı gücləndirməyə yönəlmiş müdafiə əməkdaşlığı sazişi imzalayıb.
APA xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin yazılı açıqlamasında məlumat verilib.
Məlumata görə ölkənin müdafiə İşləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək əl-Məzrui İtaliyanın müdafiə naziri Guido Crosetto ilə görüşüb.
Görüşdə Yaxın Şərqdəki son hadisələr, eləcə də BƏƏ ilə İtaliya arasında müdafiə tərəfdaşlığının gücləndirilməsi imkanları və hərbi sahələrdə əməkdaşlıq müzakirə olunub.
Mövcud təhlükəsizlik problemlərini nəzərdən keçirən əl-Mazrui və Crosetto təhlükəsizlik və sabitliyin təmin edilməsi səylərini dəstəkləmək üçün koordinasiyanın və birgə əməkdaşlığın vacibliyini müzakirə ediblər.
Görüş zamanı tərəflər hərbi sahələrdə koordinasiyanı gücləndirməyə, BƏƏ ilə İtaliya arasında münasibətlərin inkişafına töhfə verməyə yönəlmiş müdafiə əməkdaşlığı sazişi imzalayıblar.
BƏƏ İtaliya