Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 07:56
ABŞ-ın Beyrutdakı səfirliyi Livandakı vətəndaşlarına təhlükəsizlik vəziyyətinin sürətlə dəyişə biləcəyi barədə xəbərdarlıq edib və onlara kommersiya uçuşları ilə ölkəni tərk etməyi məsləhət görüb.
APA xəbər verir ki, İsrail ilə Livan arasında davam edən 10 günlük müvəqqəti atəşkəs razılaşmasına baxmayaraq, Beyrutdakı ABŞ səfirliyi Livandakı təhlükəsizlik vəziyyəti ilə bağlı açıqlama verib.
"Livandakı təhlükəsizlik vəziyyəti yaxından izlənilir. Təhlükəsizlik mühiti mürəkkəb olaraq qalır və sürətlə dəyişə bilər. ABŞ vətəndaşlarına kommersiya uçuşu variantları mövcud olduğu müddətdə Livanı tərk etməyi tövsiyə edirik", - açıqlamada deyilir.
Livan ABŞ