Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 09:18
İran Hörmüz boğazında nəzarəti sərtləşdirərək iki gəmini ələ keçirib.
“Reuters” xəbər verir ki, bu addım ABŞ Prezidenti Donald Trampın hücumların qeyri-müəyyən müddətə dayandırıldığını elan etməsindən sonra atılıb.
Qeyd edək ki, iki həftə əvvəl əldə olunmuş atəşkəsin müddətinin bitməsinə baxmayaraq, onun uzadılıb-uzadılmadığı qeyri-müəyyən olaraq qalır.
Tramp administrasiyası atəşkəsi uzatmaq niyyətini açıqlasa da, İran rəsmiləri bu qərarla razılaşdıqlarını təsdiqləməyiblər.
Xatırladaq ki, Tehran ABŞ-ın İranın dəniz ticarətinə qarşı tətbiq etdiyi blokadanı tənqid edib və bunun müharibə aktı kimi qiymətləndirildiyini bildirib. İran parlamentinin sədri Mohammad Baqer Qalibaf qeyd edib ki, blokada aradan qaldırılmadan tam atəşkəs mümkün deyil.
İran ABŞ Hörmüz boğaz