Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 08:57
İsrailin Tel Nof bazasında F-15 qırıcılarından məsul texniki işçi kimi çalışan Hərbi Hava Qüvvələrinin iki əməkdaşı İrana casusluq etməkdə ittiham olunur.
Bu barədə İsrailin KAN dövlət televiziyası məlumat yayıb.
Məlumata görə həmin şəxslər müharibə dövründə düşmənə kömək etməkdə ittiham olunur və şübhəlilərdən biri dövlətə xəyanət maddəsi ilə ittiham oluna bilər.
Hadisədən xəbərdar olduqları halda məlumat vermədikləri iddiası ilə daha səkkiz əsgər də istintaqa cəlb olunub.
İddiaya görə həmin şəxslərdən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və ordunun sabiq Baş Qərargah rəisi Herzi Halevi haqqında məlumat toplamaları xahiş olunub. Onlar həmçinin İsrail təyyarələrinin mühərriklərinin sxemləri və uçuş təlimatçısının fotoşəkli ilə bağlı sənədləri də düşmənə təqdim ediblər.
İsrail İran