Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 11:12
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Con Felanı müharibə naziri Pit Heqsetin işdən çıxardığı məlum olub.
Bu barədə “Axios” anonim mənbəyə istinadən məlumat yayıb.
“Felan başa düşmürdü ki, o, müdir deyil. Onun işi verilən əmrləri yerinə yetirməkdir, daha verilməli olduğunu düşündüyü əmrləri icra etmək yox”, - mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, Heqset və Felan bir-birləri ilə yola getməyib.
Felanın Prezident Donald Trampla əlaqələrinin çox yaxşı olduğu, hətta ABŞ Prezidentin Mar-a-Laqo malikanəsinin Felanın imarəti ilə çox yaxın ərazidə yerləşdiyi bildirilib.
Heqset isə Felanın Trampla birbaşa əlaqələrinin iyerarxiyanı pozduğu qənaətinə gəlib və bundan o qədər də məmnun olmayıb.
Qeyd edək ki, Con Felanın vəzifəsindən istefa verdiyinə dair məlumat yayılıb.
Toğrul Quluzadə ABŞ Heqset Felan Tramp