Danimarkada iki qatar toqquşub, 17 nəfər xəsarət alıb

Tarix: 23 Apr 2026 11:08

Danimarkada qatar qəzası olub.

“Reuters”in xəbərinə görə, əks istiqamətdə hərəkət edən iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.

Hadisə paytaxt Kopenhagenin şimalında, Hillerod və Kaqerup bölgələrini birləşdirən dəmiryolu xəttində baş verib.

Qatarlarda qalan olmayıb və xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Toğrul Quluzadə Danimarka qatar qəza 17

Xəbər Lenti