Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 12:05
Kreml Rusiyada iqtisadi vəziyyətə görə hökumətin mümkün istefası ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov belə xəbərlərə inanmamağa çağırıb.
O, belə xəbərlərin “Telegram” kanallarının ənənəvi əyləncəsi olduğunu qeyd edib: “Bu, “Telegram” kanallarının ənənəvi əyləncəsidir, buna inanmayın”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 15 apreldə keçirilən iqtisadi müşavirədə Rusiyada 2026-cı ilin yanvar-fevral aylarında ÜDM-in 1,8% azaldığını, hazırkı rəqəmlərin Rusiya Mərkəzi Bankı və hökumətin proqnozlarına uyğun gəlmədiyini bildirib. Prezident Mərkəzi Bankdan və hökumətdən makroiqtisadi göstəricilərin gözləntilərdən niyə geri qalması barədə izahat tələb edib.
Kommunist fraksiyasının lideri Gennadi Züqanov isə Dövlət Dumasında hökuməti tənqid edib. O, ölkə iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu, belə davam edərsə və hökumət lazımi tədbirləri görməzsə, 1917-ci il hadisələrinin təkrarlanacağı barədə xəbərdarlıq edib.
Fərid Əkbərov Kreml Rusiya hökumətin istefası