Rusiya TŞ: Litva rəhbərliyi Kalininqrad vilayətinin sərhədləri yaxınlığında gərginlik yaradır

Tarix: 23 Apr 2026 13:42

Litva rəhbərliyi Kalininqrad vilayətinin sərhədləri yaxınlığında gərginlik yaradır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasından bildirilib.

Təhlükəsizlik Şurası Litva hakimiyyətinin ölkələrindəki iqtisadi və sosial problemləri görməzdən gəldiyini və respublikanın hərbiləşdirilməsi kursunu davam etdirdiyini vurğulayıb.

Qurum 2030-cu ildə tam əməliyyat hazırlığına çatması planlaşdırılan 1-ci Litva Diviziyasının yaradılmasına diqqət çəkib. Qeyd edib ki, həmin vaxta qədər dviziyanın tərkibinə 20.000 əsgər daxil olmalıdır.

Fərid Əkbərov Rusiya Litva Kalininqrad vilayəti

Xəbər Lenti