İranlı vitse-spiker: Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib

Tarix: 23 Apr 2026 12:55

İran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib.

“Fars”ın xəbərinə görə, bunu İran parlamentinin vitse-spikeri Həmidreza Hacibabayi deyib.

Onun sözlərinə görə, Hörmüz boğazından keçən gəmilərin rüsumlarından əldə edilən gəlir ilk dəfə olaraq İran Mərkəzi Bankına köçürülüb.

Qeyd edək ki, İran hazırda ABŞ-ın blokadasının atəşkəsi pozduğunu əsas gətirərək, Hörmüz boğazını tamamilə bağlayıb.

Toğrul Quluzadə İran Hörmüz boğaz Mərkəzi Bank rüsum

Xəbər Lenti