Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 14:43
Slovakiya Prezidenti Peter Pelleqrini Ukraynanın “Drujba” kəməri ilə ölkəsinə və Macarıstana neft nəqlini bərpa etməsini alqışlayıb.
APA xəbər verir ki, Pelleqrini bu barədə “X” səhifəsində yazıb.
O bildirib ki, mövcud geosiyasi şəraitdə enerji qiymətlərinin sürətlə artması fonunda bu addım mühüm əhəmiyyət daşıyır.
“Drujba” boru kəməri vasitəsilə neft nəqli yanacaq qiymətlərinin sabitləşməsinə və hər iki ölkədə neft emalı zavodları üçün alternativ təchizat imkanlarının genişlənməsinə kömək edəcək”, - Pelleqrini qeyd edib.
İlqar Xudiyev Ukrayna Drujba neft kəməri Rusiya nefti Macarıstan Slovakiya