Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 15:26
23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə qardaş Türkiyəni səmimi qəlbdən təbrik edirik.
APA xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin təbrikində əksini tapıb.
"Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün uşaqlara bəxş etdiyi bu gün sülhün, dostluğun və gələcəyə ümidin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan və Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipi ilə möhkəmlənən qardaşlıq və strateji müttəfiqlik münasibətləri bu kimi dəyərlər üzərində daha da güclənir. Əminik ki, ortaq tariximiz, mədəniyyətimiz və dəyərlərimiz gələcək nəsillərə də eyni birlik və həmrəylik ruhunu aşılayacaq. Bu əziz gündə qardaş Türkiyəyə sülh, rifah və davamlı inkişaf, bütün uşaqlara isə sağlam, xoşbəxt və parlaq gələcək arzulayırıq", - təbrikdə qeyd edilib.
Firuzə Vahid Türkiyə Azərbaycan