ABŞ Hind okeanında İran neftini daşıyan tankeri ələ keçirib

Tarix: 23 Apr 2026 16:08

ABŞ Hind okeanında neft tankerini ələ keçirib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Majestic X” adlı tanker İran neftini daşıyıb.

Müharibə Nazirliyi hərbçilərin gəminin göyərtəsinə enməsini əks etdirən görüntüləri yayımlayıb.

Pentaqon yaydığı bəyanatda İrana maddi dəstək göstərən bütün gəmilərin saxlanılacağını vurğulayıb.

İran tərəfi hələlik məsələyə münasibət bildirməyib.

Toğrul Quluzadə ABŞ İran tanker neft

Xəbər Lenti