Tramp Hörmüz boğazını minalamağa çalışan istənilən gəmini məhv etməyə göstəriş verib

Tarix: 23 Apr 2026 17:06

ABŞ Hərbi Dəniz Qüvvələrinə əmr vermişəm ki, Hörmüz boğazı sularında mina yerləşdirən istənilən qayığı nə qədər kiçik olursa-olsun, vurub məhv etsinlər.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” hesabında yazıb.

Tramp İranın 159 hərbi gəmisinin artıq dənizin dibində olduğunu bildirib.

ABŞ lideri bu əmri yerinə yetirməkdə heç bir tərəddüd edilməməsini tələb edib. O, boğazın minalardan təmizlənməsini sürətləndirməyə göstəriş verib: “Bundan əlavə, bizim minatəmizləyən gəmilərimiz hazırda boğazı təmizləyir. Bu fəaliyyətin davam etdirilməsini, lakin üç qat artırılmış səviyyədə həyata keçirilməsini əmr edirəm!”

İlqar Xudiyev Tramp Hörmüz boğazı minatəmizləmə İran

Xəbər Lenti