Ukrayna Avropa İttifaqının 90 mlrd. avro kreditini qaytarmayacaq

Tarix: 23 Apr 2026 18:43

Bu gün Avropa İttifaqının (Aİ) Ukrayna üçün təsdiq etdiyi 90 milyard avro məbləğində kredit Rusiya tərəfindən Ukraynaya ödənilməli olan təzminatlar hesabına qaytarılacaq.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, kredit üzrə Ukraynaya ödənişlər bu ilin ikinci rübündən etibarən başlayacaq.

“Kredit 2026 və 2027-ci illər üçün ölkənin ən təcili büdcə ehtiyaclarını və müdafiə-sənaye potensialına olan tələbatını qarşılamağa kömək edəcək”, – məlumatda deyilir.

İlqar Xudiyev Aİ 90 mlrd. kredit Ukrayna Rusiya

Xəbər Lenti