Cümə axşamı, 23 Aprel, 2026
Tarix: 23 Apr 2026 19:08
İranın Ali rəhbəri ayağından üç cərrahi (protez yerləşdirilməsi ehtimalı da daxil olmaqla), eləcə də əlindən əməliyyat olunub.
Bu barədə “The New York Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Yazıda Müctəba Xameneinin ağır üz və dodaq yanığı səbəbindən danışmaqda çətinlik çəkdiyi, onunla bağlı gələcəkdə plastik cərrahiyyə əməliyyatı planlaşdırıldığı bildirilir.
Nəşrin mənbələrinin bildirdiyinə görə, hazırda İranın yeni Ali rəhbəri bu vəziyyətdə atasının dövründə olduğu kimi eyni mərkəzləşdirilmiş idarəetməni icra edə bilmir və onun səlahiyyətlərin bir hissəsi SEPAH-ın yüksək rütbəli komandirlərinə keçib.
İlqar Xudiyev Müctəba Xameneini SEPAH İran