Cümə, 24 Aprel, 2026
Tarix: 24 Apr 2026 05:16
ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında mövcud atəşkəs rejiminin üç həftə müddətinə uzadılacağını bildirib.
APA xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazaraq qeyd edib ki, qərar Vaşinqtonda İsrail və Livan səfirləri arasında keçirilən növbəti məsləhətləşmələrin nəticəsində qəbul olunub.
Tramp həmçinin yaxın vaxtlarda Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu qəbul etməyi planlaşdırdığını açıqlayıb.
ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib ki, İsrail və Livan arasında artıq 2026-cı ildə sülh razılaşmasının əldə olunması üçün real imkanlar mövcuddur.
“Düşünürəm ki, bunun üçün çox yaxşı şans var”, – deyə Tramp vurğulayıb.
ABŞ İsrail Livan