Tramp İran millisinin mundialdan kənarlaşdırılması ehtimalını şərh edib

Tarix: 24 Apr 2026 08:42

ABŞ Prezidenti Donald Tramp İran milli komandasının futbol üzrə dünya çempionatından kənarlaşdırılması və onun yerinə İtaliya yığmasının qatılması ehtimalına münasibət bildirib.

APA xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp bu ideyanı “maraqlı” adlandıraraq, məsələni düşünəcəyini deyib. O, həmçinin mövzu ilə bağlı ABŞ dövlət katibi Marko Rubionun fikrini soruşub.

Rubio isə bildirib ki, ABŞ İran idmançılarına qarşı hər hansı qadağa tətbiq etməyib. Onun sözlərinə görə, əsas narahatlıq idmançılar deyil, onları müşayiət edə biləcək şəxslərlə bağlıdır. Tramp da öz növbəsində ABŞ-ın idmançılara zərər vermək istəmədiyini vurğulayıb.

ABŞ İran futbol

Xəbər Lenti