İran Rusiya ilə Buşehr AES-də yeni blokların tikintisi ilə bağlı danışıqlar aparır

Tarix: 24 Apr 2026 11:01

İran Rusiya ilə Buşehr Atom Elektrik Stansiyasında yeni blokların tikintisi ilə bağlı təmasdadır.

“Fars”ın xəbərinə görə, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

“Ümidvarıq ki, Buşehr AES-də yeni blokların tikinti prosesi daha sürətlə həyata keçəcək. Rusiya ilə daimi təmasdayıq və rusiyalı mütəxəssislərin bu AES-də öz fəaliyyətlərini icra edə biləcəkləri şəraitin yaranmasına ümid edirik”, - Cəlali bildirib.

Qeyd edək ki, Buşehr AES-in bəzi hissələri ABŞ və İsrailin İrana aviazərbələri nəticəsində zədələnib və rusiyalı mütəxəssislərin əksəriyyəti oradan təxliyə edilib.

Toğrul Quluzadə İran Rusiya Buşehr AES Cəlali

Xəbər Lenti