Cümə, 24 Aprel, 2026
Tarix: 24 Apr 2026 10:50
ABŞ bəzi NATO müttəfiqlərini İranla müharibədə Vaşinqtonu dəstəkləmədiklərinə görə cəzalandırmaq variantlarını nəzərdən keçirir.
Bu barədə “Reuters” Pentaqon daxilində yayılmış elektron məktuba istinadən məlumat yayıb.
Məlumata görə, sənəddə ABŞ-ın İspaniyanı alyansdan uzaqlaşdırmaq və Böyük Britaniyanın Folklend adaları üzərində suverenlik dəstəyini yenidən nəzərdən keçirmək kimi addımları müzakirə etdiyi qeyd olunur.
ABŞ rəsmilərindən biri anonimlik şərti ilə bildirib ki, Vaşinqton Avropanın “imperiya qalıqları” kimi qiymətləndirilən kolonial ərazilərə münasibətini də yenidən qiymətləndirə bilər.
Məktubda, həmçinin, bəzi müttəfiqlərin ABŞ-a İranla müharibə zamanı bazalarından, hava məkanından istifadə və digər hərbi-logistik imkanlar təqdim etməkdən imtina etməsi və ya tərəddüd göstərməsi ilə bağlı narazılıq ifadə olunur.
İlqar Xudiyev NATO ABŞ İspaniya Böyük Britaniya Folklend adaları