Cümə, 24 Aprel, 2026
Tarix: 24 Apr 2026 12:38
2020-2025-ci illərdə 91 nəfər Gürcüstan vətəndaşlığını itirərək Azərbaycan vətəndaşlığını qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Təkcə 2025-ci ildə 10 nəfər Gürcüstan vətəndaşlığından imtina edərək Azərbaycan vətəndaşlığını əldə edib.
Ötən il Gürcüstan vətəndaşlığından çıxanların ümumi sayı 1 426 nəfərə bərabər olub. Onların arasında Rusiya vətəndaşlığını alanlar (639 nəfər) üstünlük təşkil edib. Gürcüstan vətəndaşlığını əldə edənlərin ümumi sayı isə 2 333 nəfər olub ki, onların böyük əksəriyyəti (1 393 nəfər) Rusiya vətəndaşlarıdır.
Cəmilə Babayeva Gürcüstan vətəndaşlıq