Aİ ABŞ-İran danışıqlarının ancaq nüvə proqramı ətafında aparılmasından narahatdır

Tarix: 24 Apr 2026 11:55

ABŞ-İran danışıqlarında Tehranın ballistik raket proqramı və proksilərə dəstəyi də müzakirə mövzusu olmalıdır.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Kiprdə Aİ və regional tərəfdaş ölkələrin liderlərinin sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, Aİ-nin danışıqların sadəcə nüvə proqramı ətrafında aparılmasından narahat olduğunu bildirib.

Kallas əlavə edib ki, danışıqlarda nüvə ekspertlərinin də iştirakı zəruridir: “Əgər masa ətrafında nüvə ekspertləri olmasa, biz 2015-ci ildəki nüvə sazişindən daha zəif bir razılaşma ilə üzləşəcəyik”.

Kallas ballistik raketlərin, eləcə də İranın proksi qruplara dəstəyinin də danışıqlara daxil edilməli olduğunu vurğulayıb.

Aİ-nin ali nümayəndəsi Hörmüz boğazı barədə də danışıb. O qeyd edib ki, boğazdan rahat gediş-gəliş tam təmin edilməli və bunun üçün heç bir rüsum ödənilməməlidir.

Toğrul Quluzadə Kallas Aİ ABŞ İran danışıqlar nüvə

Xəbər Lenti