Cümə, 24 Aprel, 2026
Tarix: 24 Apr 2026 16:20
İranın saxladığı gəmilər ABŞ və ya İsrailə məxsus deyil.
APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün brifinq zamanı deyib.
O, İranın AK-47 avtomatları və kiçik qayıqlarla sadəcə təsadüfi gəmiləri saxladığını bildirib: “Həmin gəmiləri bu silahları olan hər kəs saxlaya bilərdi”.
Heqset qeyd edib ki, İran tarixi şansa malikdir, eyni zamanda, Tehranın müzakirə masasında "ağıllı seçim etmək" imkanı var.
Nazir İranı nüvə silahından imtina etməyə çağırıb.
“Əks halda İran iqtisadiyyatı ABŞ-ın gücü altında əziləcək”, - Heqset vurğulayıb.
Toğrul Quluzadə ABŞ İran Heqset