Cümə, 24 Aprel, 2026
Tarix: 24 Apr 2026 17:29
Avropa İttifaqı və Suriya arasında ilk yüksək səviyyəli siyasi dialoq keçiriləcək.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen Aİ və regional tərəfdaş ölkələrin liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, siyasi dialoq iki həftədən sonra baş tutacaq.
“Bu, bizim gələcəkdə Suriya ilə assosiasiya razılaşması imzalamaq ehtimalımızı artıracaq”, - Aİ Komissiyasının prezidenti bildirib.
Toğrul Quluzadə Avropa Suriya Ursula Von der Leyen