Netanyahu: İsrail və Livan arasında tarixi sülhə nail olmaq üçün proses başlayıb

Tarix: 24 Apr 2026 19:28

İsrail və Livan arasında tarixi sülhə nail olmaq üzrə proses başlayıb.

“Ynet”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, ABŞ Prezidenti Donald Trampla telefon danışığı haqqında məlumat verərkən, “Hizbullah”ın İsrail-Livan sülh prosesinə mane olduğunu və bu prosesi təxribata çəkmək istədiyini bəyan edib.

“Biz istənilən təhdidə qarşı tam hərəkət azadlığını əlimizdə saxlayırıq. Ölkənin şimal bölgəsində yaşayanların təhlükəsizliyini bərpa etməkdə qətiyyətliyik”, - Netanyahu vurğulayıb.

O, Trampın İrana iqtisadi və hərbi baxımdan təzyiq göstərdiyini diqqətə çatdırıb. Netanyahu həm İran, həm də Livan mövzusunda ABŞ və İsrailin tam koordinasiya şəraitində çalışdığını əlavə edib.

Toğrul Quluzadə İsrail İran Netanyahu Livan Hizbullah

Xəbər Lenti