İran XİN Əraqçinin Pakistan, Rusiya və Omanda müzakirə edəcəyi məsələləri açıqlayıb

Tarix: 24 Apr 2026 19:56

İran xarici işlər naziri Abbas Əraqçinin Pakistan, Rusiya və Omana səfərlərində müharibənin başa çatdırılması istiqamətində son səylər ətrafında fikir mübadiləsi aparılacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

O, İran xarici işlər nazirinin Pakistan, Rusiya və Omanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcəyini bildirib.

Bəqayinin sözlərinə görə, bu səfərlər çərçivəsində İranın həmin ölkələrlə ikitərəfli münasibətləri ilə yanaşı, regiondakı proseslər, eləcə də müharibənin başa çatdırılması və bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində aparılan səylərin son vəziyyəti müzakirə olunacaq.

Haşim Rahimi

İran Xarici İşlər Nazirliyi İsmayıl Bəqayi Əraqçi Pakistan

Xəbər Lenti