İsrail Livanda “Hizbullah” üzvlərini zərərsizləşdirdiyini açıqlayıb

Tarix: 24 Apr 2026 21:35

İsrail Livanın cənubunda “Hizbullah” hərəkatına məxsus altı silahlı şəxsin zərərsizləşdirildiyini bəyan edib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Bin Cbeyl şəhərində hərbçilər tərəfindən aşkar edilən silahlılarla atışma baş verib və ilkin mərhələdə iki nəfər məhv edilib. Daha sonra onların gizləndiyi binaya hava zərbəsi endirilib və nəticədə daha dörd nəfər öldürülüb.

İsrail tərəfi əməliyyat zamanı öz hərbçiləri arasında itki və ya xəsarət qeydə alınmadığını bildirib.

İsrail Livan Hizbullah

Xəbər Lenti