Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq

Tarix: 24 Apr 2026 21:24

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla İranla bağlı vəziyyəti müzakirə etdiyini və tərəflər arasında tam koordinasiyanın mövcud olduğunu bildirib. APA xəbər verir ki, hökümət başçısı bunu videomüraciətində deyib.

Netanyahu qeyd edib ki, Vaşinqton Tehrana qarşı həm iqtisadi, həm də hərbi təzyiq siyasəti yürüdür və İsrail bu prosesdə ABŞ-la sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, İranın fəaliyyətləri region üçün təhlükə olaraq qalır.

Baş nazir əlavə edib ki, iki ölkə İranın potensial addımlarına qarşı birgə strategiya üzərində işləyir.

İsrail ABŞ İran

Xəbər Lenti