Rusiya və Pakistan XİN başçıları Körfəz regionundakı vəziyyəti müzakirə edib

Tarix: 24 Apr 2026 21:52

Rusiya xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Tərəflər Fars körfəzi regionunda yaranmış vəziyyəti və İran-ABŞ danışıqları fonunda baş verən prosesləri müzakirə ediblər. Lavrov Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirib və bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirib.

Danışıq zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri də müzakirə olunub.

Rusiya Pakistan

Xəbər Lenti