Şənbə, 25 Aprel, 2026
Tarix: 24 Apr 2026 23:10
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistana səfəri çərçivəsində ABŞ nümayəndələri ilə görüş keçirməyi planlaşdırmır.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Qeyd olunur ki, Əraqçinin İslamabada səfəri ABŞ-la danışıqlarla bağlı deyil, Pakistan tərəfi ilə ikitərəfli münasibətlər və regiondakı vəziyyətin müzakirəsinə həsr olunacaq.
Səfərin diplomatik məsləhətləşmələr xarakteri daşıdığı vurğulanır.
İran Pakistan diplomatiya