Ağ Ev: Vens danışıqlarda irəliləyiş olacağı təqdirdə İslamabada gedəcək

Tarix: 24 Apr 2026 22:54

ABŞ-ın vitse-prezidenti Cey Di Vens yaxın günlərdə İslamabadda keçiriləcək İranla bağlı danışıqlarda iştirak etməyəcək, lakin prosesdə irəliləyiş olarsa, Pakistana səfərə hazır olacaq.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ABŞ rəhbərliyi danışıqlardan müsbət nəticələr gözləyir və vəziyyəti Vaşinqtondan izləyəcək.

Livitt qeyd edib ki, Prezident Donald Tramp, vitse-prezident Vens və dövlət katibi Marko Rubio ABŞ-da qalaraq danışıqların gedişini izləyəcəklər.

ABŞ İran danışıqlar

Xəbər Lenti