Makron: Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir

Tarix: 25 Apr 2026 05:54

Fransa Prezidenti Emmanuel Makron dünya siyasətində Avropaya qarşı duran əsas liderlər arasında Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpini göstərib.

O, bu açıqlamanı Yunanıstana səfəri zamanı "France 24" telekanalına müsahibəsində verib. Makron bildirib ki, bu liderlər müxtəlif səviyyələrdə Avropanın maraqlarına qarşı çıxış edirlər və mövcud geosiyasi qarşıdurma kifayət qədər ciddidir.

Bununla belə, Fransa lideri qeyd edib ki, ABŞ hələ də müttəfiq olaraq qalır, lakin Vaşinqtonun mövqeyi əvvəlki qədər sabit və proqnozlaşdırıla bilən deyil.

Fransa ABŞ geopolitika

Xəbər Lenti