Pentaqon: ABŞ Sakit okeanda narkotik qaçaqmalçılarına məxsus gəmini vurub

Tarix: 25 Apr 2026 08:28

ABŞ hərbi qüvvələri Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu ehtimal edilən gəmiyə zərbə endirib.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb. Qeyd olunub ki, kəşfiyyat məlumatları gəminin regionda məlum narkotik marşrutları üzrə hərəkət etdiyini və qaçaqmalçılıq məqsədilə istifadə olunduğunu təsdiqləyib.

Əməliyyat nəticəsində iki nəfərin öldüyü bildirilir. ABŞ hərbçiləri arasında itki və ya xəsarət qeydə alınmayıb.

ABŞ narkotik əməliyyat

Xəbər Lenti