İran ordusu ABŞ-a xəbərdarlıq edib

Tarix: 25 Apr 2026 15:30

ABŞ Hörmüz boğazının blokadasını davam etdirsə, İran ordusunun cavabı ilə üzləşəcək.

“Fars”ın xəbərinə görə, bu barədə Xatəmül-Ənbiya Mərkəzi Qərargahı bəyanat yayıb.

Bildirilib ki, ABŞ-ın İrana qarşı dəniz blokadası davam edəcəyi təqdirdə, İran ordusu buna güclü şəkildə reaksiya verəcək.

Bəyanatda İranın Hörmüz boğazına nəzarəti davam etdirməkdə qətiyyətli olduğu və ölkəyə qarşı yenidən baş verə biləcək hücuma cavab verməyə hazır olduğu vurğulanıb.

Toğrul Quluzadə İran ABŞ blokada Hörmüz boğazı Xatəmül-Ənbiya

Xəbər Lenti