Somali sahillərində bir tanker naməlum şəxslər tərəfindən qaçırılıb

Tarix: 26 Apr 2026 02:11

Somali sahillərində bir tanker naməlum şəxslər tərəfindən qaçırılıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Ofisi (UKMTO) məlumat yayıb.

"UKMTO Somalinin Mareyo şəhərindən 45 dəniz mili (83 kilometr) şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb", - məlumatda deyilir.

Məlumata görə, naməlum şəxslər tankeri nəzarətə götürərək cənuba doğru hərəkət ediblər. Tanker hazırda qaçırıldığı yerdən 77 dəniz mili cənubdadır.

Qeyd edək ki, Somali pirat qrupları 2000-ci illərin əvvəllərindən bəri Somali sahillərində gəmiləri fidyə müqabilində qaçırırlar.

Somali tanket

Xəbər Lenti