, 26 Aprel, 2026
Tarix: 26 Apr 2026 06:29
ABŞ prezidenti Donald Trampın avtomobili Ağ Evə doğru hərəkət edib.
Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
ABŞ prezidentinin, onun da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma ilə bağlı açıqlama verməsi gözlənilir.
***
06:09
ABŞ prezidenti Donald Tramp hələ də atışmanın baş verdiyi illik Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda iştirak etmək üçün Vaşinqton otelindədir.
APA xəbər verir ki, bu barədə ABŞ liderini müşayiət edən Ağ Ev mətbuat mərkəzinin məlumatında deyilir.
"Mətbuat mərkəzi hələ də Hilton otelindədir. Bu o deməkdir ki, ABŞ prezidenti həmin yeri tərk etməyib", - məlumatda deyilir.
Tramp Ağ EV