Kolumbiyada partlayıcı qurğunun işə salınması nəticəsində 14 nəfər ölüb, 38 nəfər yaralanıb

Tarix: 26 Apr 2026 06:57

Kolumbiyanın Kajibio şəhərində şosedəki suötürücü boruya yerləşdirilmiş partlayıcı qurğu nəqliyyat vasitələrinin keçdiyi anda partladılıb.

APA xəbər verir ki, partlayış nəticəsində nəqliyyat vasitələrində olan 14 nəfər ölüb, 38 nəfər yaralanıb.

Hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Xəbər Lenti