Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq

Tarix: 26 Apr 2026 08:28

ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi şam yeməyində atəş açdıqdan sonra həbs olunan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq.

APA xəbər verir ki, bu barədə Vaşinqton ştatının prokuroru Janin Pirro məlumat verib.

"Təqsirləndirilən şəxs bazar ertəsi günü federal rayon məhkəməsində hakim qarşısına çıxacaq", - Pirro bildirib .

ABŞ Tramp

Xəbər Lenti