Çərşənbə axşamı, 28 Aprel, 2026
Tarix: 26 Apr 2026 10:37
Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı.
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib.
“Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, - deyə dövlət başçısı vurğulayıb.
https://twitter.com/presidentaz/status/2048289419254235200Firuzə Vahid Azərbaycan Prezidenti Prezident İlham Əliyev Vaşinqton atışma